Ölkə futbolu

MTK-nın baş məşqçisi: “Oyun bərabər səviyyədə keçdi”

Avropa Liqasının 2-ci təsnifat mərhələsində “Qəbələ”yə doğma meydanda boyun əyən (1:2) MTK-nın baş məşqçisi Teodoru Vasilişs oyunsonrası açıqlama verib.

İdmanxeber.com həmin açıqlamalarla sizi tanış edir:

“Qarşılaşma qola qədər bərabər səviyyəli kecdi. Birinci qolu biz vursaydıq, hesab bu cür olmaya bilərdi. Amma nəticə olaraq məğlub olduq. Bu, təslim olmaq mənasını vermir. Bakıya qalib gəlib turu keçmək üçün gedəcəyik. İdmançı olmağımız bunu tələb edir. Baxmayaraq ki, rəqib çox güclü və təhlükəli komandadır. Bu gün ötən həftə “Aktobe”yə qarşı oynadığımızdan daha yaxşı təsir bağışladıq. Təəssüf ki, oyunun hesabı istədiyimiz kimi olmadı”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43