İdman

Mübariz Mənsimov: “İnşallah, bu il çempion biz olarıq!”

Azərbaycanlı iş adamı, “Palmali” Şirkətlər Qrupunun sahibi, “Xəzər Lənkəran”ın fəxri prezidenti Mübariz Mənsimov Türkiyə mətbuatına müsahibə verib. O, müsahibəsində futboldan da danışıb.

Mənsimov müsahibəsində bildirib ki, Türkiyədə “Beşiktaş”a azarkeşlik edir və bu kluba sponsor olmaq istəyər:

“Türkiyəyə gəldiyim gündən bəri “Beşiktaş” klubunun tərəfdarıyam. Heç vaxt tərk etmədim, etmərəm də. Sevdalıyam. “Beşiktaş” türk komandasıdır. Bizim rəngimiz ağ-qaradır. Klub prezidenti Fikrət Orman çox uğurludur. Dünyanın ən gözəl stadionunu tikdirib. İnşallah, bu il çempion bizik. Bəzi komandalara kömək etdik, amma bunları dilə gətirmək düzgün deyil. Yaxşılığı şouya çevirmək olmaz. Sponsor olmaq qərarını versək, təbii ki, “Beşiktaş”a sponsor olmaq istəyərəm”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43