Ölkə futbolu

Mübariz Mənsimov tapşırıq verdi: “Xəzər Lənkəran”la bağlı yeni plan hazırlayın”

"Xəzər Lənkəran"ın fəaliyyətini yenidən bərpa etməsi son günlərin ən aktual mövzusudu.

İdmanxeber.com-un məlumatına görə, Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev cənub təmsilçisini Premyer Liqaya buraxmağa hazır olduqlarını bildirib. PFL-in birinci şəxsi iddia edib ki, hər şey "ağ-yaşıllar"ın özündən asılıdı, dönüş qərarı versələr, AFFA İcraiyyə Komitəsində bunun əksinə çıxan olmayacaq.

Sportinfo.az-ın məlumatına görə, klubun fəxri prezidenti Mübariz Mənsimov "Palmali"nin Bakı ofisinin nümayəndələri ilə görüşüb. İstanbulda yaşayan oliqarx "Xəzər Lənkəran"ın uşaq futbolundakı vəziyyəti, stadion və bazanın halıyla maraqlanıb. Mənsimov XL-nın yaxın 3-4 ildə nə iş görəcəyi ilə bağlı tədbirlər planının hazırlanmasını və martda ona təqdim olunmasını istəyib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43