Ölkə futbolu

Mübariz Mənsimovdan Toşaka təcili zəng

“Xəzər Lənkəran”ın fəxri prezidenti Mübariz Mənsimov bu gün keçiriləcək superkubok qarşılaşmasından öncə klubun baş məşqçisi Con Toşaka zəng vurub.

Məşhur iş adamı Naxçıvanda üz-üzə gələcək “Neftçi” “Xəzər Lənkəran” oyunundan öncə Toşakla əlaqə saxlayaraq təcrübəli mütəxəssisə uğurlar arzlayıb və oyunqabağı komandanın ümumi ab-havası ilə maraqlanıb.

Qeyd edək ki, oyun bu gün saat 15:00-da Naxçıvanın İbrahibxəlil Axundlu adına stadionunda baş tutacaq

Qafqazinfo.az


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43