Kateqoriyasız

“Mübariz Mənsimovun heç bir terror qruplaşması ilə əlaqəsi yoxdu”

“Mübariz Mənsimovun hər hansı bir terror qruplaşması ilə əlaqəsi yoxdur və ola da bilməz” –

İdmanxeber.com-un məlumatına görə, bu barədə Lent.az-a “Palmali Shipping & Agency” şirkətinin rəsmisi Tuyqun Nadirov deyib. Onun sözlərinə görə, adı çəkilən şirkət işlərini hüquq çərçivəsində edir: “Beynəlxalq bazarda yüksək statusa malik olan “Palmali” şirkətlər qrupu yarandığı gündən biznes prinsiplərinə, beynəlxalq hüquqi rejimə riayət olunmasına əsaslanır. Biz terror təşkilatlarının dünyada sabitliyə və qayda-qanunlara nə dərəcədə təhlükə yaratdığını tam məsuliyyətimizlə dərk edirik, bütövlükdə yalandan ibarət olan məlumatları şirkətimizin müsbət nüfuzuna ləkələməsinə imkan vermərik”.

Mübariz Mənsimovun dünyanın ən qəddar terror təşkilatı olan “İslam Dövləti” (İŞİD) ilə razılaşdırılmış neft biznesinə dair mətbuatda gedən məlumatlara gəlincə, T. Nadirov xəbərdə qeyd edilən İspaniyanın “El Economista” qəzetində bu barədə yazı getmədiyini vurğulayıb: “İspan mətbuatında neft daşınması ilə əlaqədar yazı gedib. Tam məsuliyyəti ilə deyirəm ki, yazıda nə bizim şirkətin, nə də Mübariz Mənsimovun adı çəkilməyib. Çəkilə də bilməz. Əgər belə bir yazı varsa, xahiş edirik, oxuculara həmin yazını link, yaxud da şəkil vasitəsi ilə təqdim etsinlər. Şirkətimiz deyilən sözlər yalan və böhtandı”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43