Ölkə futbolu

Mustafa Dənizli hansı futbolçunu gözaltı edib?

Komandanın başında Zaqatalaya yollanmayan Mustafa Dənizli bu gün Bakıda bir matç izləyəcək.

İdmanxeber.com-a klubun mətbuat xidmətindən verilən məlumata görə, türkiyəli mütəxəssis “Şəfa” stadionunda keçiriləcək “İnter” – “Qəbələ” oyununu tribunadan canlı izləyəcək.

Onun hansı futbolçunun gözaltı etdiyi məlum olmasa da, yeni mövsümün planlarını quran Dənizlinin bu matçda komandasına cəlb etmək istədiyi futbolçunun olduğu dəqiqdi. 

Qeyd edək ki, Dənizli “İnter”dən Ruslan Əmircanovun oyununu bəyənmiş və rəhbərliyə bu futbolçunun transferi ilə bağlı göstəriş vermişdi. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43