Kateqoriyasız

Mustafa Dənizli: “Mənim iki klubum var”

“Xəzər Lənkəran”dan ayrıldıqdan sonra adı “Qalatasaray”la hallanana Mustafa Dənizli sükutu pozub.

İdmanxeber.com-un məlumatına görə, türkiyəli mütəxəssis “Mənim bu dünyaya ayaq basdığım camiyədən söhbət gedir. Mənim iki klubum var, biri “Altay”, digəri “Qalatasaray”. “Qalatasaray”da 8 il keçirmişəm. Özümüzü buralarda isbatlamışıq. Əlbəttə ki, “Qalatasaray” mənim üçün çox önəmlidir. Görək necə olacaq” – deyib.

“BUGUN”-e danışan Dənizli hələ ki, ona rəsmi təklif gəlmədiyini bildirib.

Qeyd edək ki, “Qalatasaray” baş məşqçi məsələsinə ayın 15-də aydınlıq gətirəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43