Ölkə futbolu

Bakı klubuna baxışa gəldi, zədələndi, aqibəti sual altındadı – ÖZƏL

Ölkəmizi Avropa Liqasında təmsil edəcək “İnter” Türkiyədə təlim-məşq toplantısını davam etdirir.

İdmanxeber.com-un məlumatına görə, “bankirlər”in düşərgəsinə qoşulan belçikalı Yelle de Bok mayın 7-də məşq zamanı zədələnib. 

25 yaşlı futbolçunun zədəsi ciddi olduğundan o, “bankirlər”in məşqini iki gün buraxmalı olub. Yelle hələ də zədə səbəbindən yenicə qoşulduğu “İnter”də özünü göstərə bilmir.

Qeyd edək ki, “Brügge”nin yetirməsi olan Yelle Sxadadzenin etimadını qazansa “İnter”də qalacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43