Dünya futbolu

Mustivarlı Haiti məğlub oldu

“Neftçi”nin futbolçusu Soni Mustivar Haiti milli komandasının Salvadorla səfərdə keçirilən yoldaşlıq matçının 57-ci dəqiqəsində meydana çıxıb.

Haiti millisində çıxış edən “Qarabağ”ın futbolçusu Donald Gerye isə oyunda iştirak etməyib. Oyun Salvadorun 1:0 hesablı qələbəsi ilə başa çatıb. Rivas 29-cu dəqiqədə fərqlənib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43