Dünya futbolu

Mxitaryan: “Mançester Yunayted” xəyalımdakı komanda deyildi”

“Mançester Yunayted”in 28 yaşlı erməni futbolçusu Henrix Mxitaryan maraqlı açıqlamalar ilə gündəmə gəlib.

İdmanxeber.com-un məlumatına görə, Dortund “Borussiya”sından 42 milyon avroya “MAnçester Yunayted”ə transfer edilən futbolçu “qırmızı şeytanlar”ın onun xəyal etdiyi komanda olmadığını bildirib:

“Mançester Yunayted” böyük klubdu. Lakin oynamaq üçün xəyal etdiyim klublardan biri deyildi. Buna baxmayaraq, “Mançester Yunayted” hər zaman mənim üçün dünyanın ən yaxşı komandalarından biridir.

“MY” “Borussiya”dan daha böyük bir klubdur. Bunu hər kəs bilir və hər kəs qəbul etməlidir”.

Mövsüm əvvəlində ilk “11-liy”də forma şansı qazanmaması barəsində danışan futbolçu: “Bu komandaya gəldiyimdə forma şansı qazanmaq üçün mübarizə aparacağımı bilirdim. Yeni komanda, yeni ölkədə idim. Əvvəllər Premyer Liqa oyunlarını izləyəndə burada oynamağın belə çətin olacağını düşünmürdüm. Rəqib komandaların hər biri fiziki cəhətdən çox güclüdür. Almaniyada belə deyildi. Buna hazır olmalıydım və özümü bu yöndə hazırlaşdırdım”, – deyə fikir bildirib.

Qeyd edək ki, cari mövsüm “Mançester Yunayted” forması ilə 21 görüşdə meydana çıxan futbolçu 5 qol vurub və 4 məhsuldar ötürmə ilə yadda qalıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43