Kateqoriyasız

Namik Ələskərov Türkiyədə növbəti qolunu vurdu – VİDEO

Türkiyə I Liqasında 30-cu turun oyunları keçirilir.

İdmanxeber.az xəbər verir ki, millimizin üzvü Namik Ələskərovun çıxış etdiyi “Bursaspor” səfərdə “İstanbulspor”un qonağı olub. Qarşılaşma İstanbul təmsilçisinin 3:1 hesablı qələbəsiylə başa çatıb.

Ələskərov da bu görüşün iştirakçısı olub. Oyuna start heyətdə başlayan 26 yaşlı vinger 90 dəqiqə meydanda qalıb. Millimizin futbolçusu komandasının yeganə qolunun müəllifi olub.

30 turdan sonra 31 xal toplayan “Bursaspor” turnir cədvəlinin 18-ci pilləsində qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43