Kateqoriyasız

Namiq Ələsgərov 150-ə çatdı

Azərbaycan Premyer Liqasının 13-cü turu “Neftçi”nin futbolçusu Namiq Ələsgərov üçün yubileylə əlamətdar olub.

İdmanxeber.az-ın məlumatına görə, yarımmüdafiəçi ölkə çempionatında 150-ci matçını keçirib.

Yubiley “Sabah”la səfər qarşılaşmasında (2:0) gerçəkləşib. Ölkə çempionatında 2011/12 mövsümündə debüt edən Namiq yubileyində dubla imza atmaqla qol sayını 24-ə çatdırıb. O, 4 klubun formasını geyinib. “Bakı”da 19 (2 qol), “Qarabağ”da 25 (1 qol), “Kəpəz”də 15 (3 qol), “Neftçi”də 91 (18 qol) oyun keçirib.

İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43