Kateqoriyasız

“Tottenhem” “Lester”ə uduzdu – VİDEO

İngiltərə Premyer Liqasında 14-cü turun oyunları keçirilir.

“Tottenhem” öz meydanında “Lester”i qəbul edib. Görüş qonaqların qələbəsi ilə başa çatıb – 2:0.

Bu nəticədən sonra 5-ci pilləyə yuvarlanan “Tottenhem”in 25 xalı var. “Lester” 27 xalla 2-cidir. Turnir cədvəlinə 31 xalla “Liverpul” başçılıq edir.

“Tottenhem” – “Lester” – 0:2
Qollar:
 Vardi, 45+4-pen. Alderveyreld, 59


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43