Kateqoriyasız

Namiq Abdullayev millimizin baş məşqçisi oldu

Olimpiya çempionu Namiq Abdullayev sərbəst güləş üzrə milli komandamıza baş məşqçi təyin olunub.

İdmanxeber.az-ın məlumatına görə, bunu Azərbaycan Güləş Federasiyasının prezident əvəzi Namiq Əliyev keçirdiyi mətbuat konfransında açıqlayıb. N.Abdullayev yeni vəzifədə Zəlimxan Hüseynovu əvəzləyib.

N. Əliyev sərbəst güləş yığmasının bir çox üzvünün Dağıstanda qaldığını və Azərbaycana gələ bilmədiyini söyləyib. O, Abdullayevin bu müddətdə Azərbaycanda qalan yerli idmançılarla hazırlıq keçdiyini deyib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43