Dünya futbolu

Nani: “Onlara qarşı Bakıda final oynamaq maraqlı olardı”

Avroliqanın V turuna yekun vuruldu

İdmanxeber.az-ın məlumatına görə, dünən “Qarabağ” doğma meydanda “Sportinq”ə 1:6 hesabı ilə məğlub olub. Oyundan sonra açıqlama edən Lissabon təmsilçisinin ulduz futbolçusu Luis Nani bu oyunlarını bütün mövsüm boyu davam etdirməli olduğunu bildirib:

“Bu gün hər şeyi doğru etdik. Baş məşqçi bizimlə çalışmağa yeni başlayıb. “Uğurlu çıxışa davam etməliyik. Baş məşqçimiz Keyzer bizimlə yeni işləməyə başlayıb. O, işinə ciddi yanaşan biridi. Komandamızda yeni ruh var. Tempi artırmaq, irəlidə dəqiq oynamaq və qol şanslarından maksimum yararlanmaq istəyirik. Bunu etdikcə komanda daha da böyüyür. Hesabın böyük fərqlə olmasına səbəb budu.

Bakı Olimpiya Stadionunda “Benfika”ya qarşı oynamaq xoş və maraqlı olardı. “Benfika”nın və bizim final şanslarımızın nə dərəcədə mümkün olduğunu indidən demək düzgün olmaz. Onlar “Sportinq”in ən böyük rəqibidi. İdman belə oyunları sevir”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43