Dünya futbolu

“Napoli”də 5 illik müqavilə

“Napoli” yarımmüdafiəçisi Lorentso İnsinye ilə yeni müqavilə imzalayıb.

İdmanxeber.com-un məlumatına görə, razılaşmaya əsasən, 26 yaşlı yarımmüdafiəçi 2022-ci ilə qədər Neapol təmsilçisinin şərəfini qoruyacaq.

Qeyd edək ki, “Napoli”nin yetirməsi olan İnsinye 2009-cu ildən əsas komandanın üzvüdü. O, 2012-ci ildən dəvət aldığı İtaliya yığmasında 14 oyunda 2 qola imza atıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43