Kateqoriyasız

Nazarov Almaniya klubundan ayrılır? – Dəqiqləşdi

Millimizim futbolçusu Dmitri Nazarovun çıxış etdiyi “Erzgebirge”dəki taleyinə aydınlıq gəlib.

İdmanxeber.az-ın məlumatına görə, Aue təmsilçisi 30 yaşlı futbolçunu komandada saxlamaq qərarına gəlib.

Bildirilib ki, koronavirus səbəbindən yaranan böhrana baxmayaraq,  Nazarov, Yan Xoşdayt, Paskal Testroet, Filipp Çulexnar, Klemes Fandriç və Filipp Rise komandada qalacaq.

Qeyd edək ki, millimizin üzvünün “Erzgebirge” ilə müqaviləsi 2023-cü ilin yayında başa çatır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43