Kateqoriyasız

Nazarov meydandan qovuldu, komandası məğlub oldu

Almaniyanın II Bundesliqasında XV tura start verilib.

İdmanxeber.com-un məlumatına görə, Dmitri Nazarovun çıхış etdiyi “Karlsruher” “Sandhausen”in qonağı olub. Oyun meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Zədə səbəbindən millinin Moldova ilə oyununda iştirak etməyən Nazarov srart heyətində meydana çızıb. Qarşılaşmanın 72 və 90+2-ci dəqiqələrində sarı vərəqə alan futbolçusuz meydandan qovulub.

Qeyd edək ki, “Karlsruher” 15 turdan sonra 19 хalla turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43