Dünya futbolu

Nazarovun 31 yaşlı məşqçisi “Şalke”ni çalışdıracaq

Almaniyanın “Şalke” klubunda baş məşqçi dəyişikliyi baş tutub.

İdmanxeber.com-un məlumatına görə, Bundesliqa təmsilçisi Markus Vaynsirlla yolları ayırıb. 42 yaşlı mütəxəssisin əvəzinə isə Domeniko Tedesko gəlib. 31 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalanıb.

İtaliyalı mütəxəssis son mövsüm Almaniya II Bundesliqasında çıxış edən “Aue” klubunu çalışdırıb. “Aue” Todeskonun gəlişindən sonra çempionatda qalmağı bacarmışdı.

Çillimizin üzvü Dmitri Nazarov da “Aue”nin şərəfini qoruyur.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43