Kateqoriyasız

Nazarovun qolu komandasını məğlubiyyətdən xilas etdi – Video

Almaniya II Bundesliqasında XII turun oyunları keçirilib.

Azərbaycan millisinin üzvü Dmitri Nazarovun formasını geyindiyi “Ersgebirge” səfərdə “Hannover”lə heç-heçə edib – 1:1.

Nazarov da bu matçın iştirakçısı olub. O, komandasının start heyətində meydana çıxıb və 78-ci dəqiqədə əvəzlənib. Auelilərin yeganə qolunu da 45+1-ci dəqiqədə Nazarov vurub. Bu, onun mövsümdəki ilk qoludu.

12 oyuna cəmi 8 xal toplamış “Ersgebirge” 18 kollektiv arasında 17-ci pillədə qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43