Ölkə futbolu

Nazirimiz “Qarabağ” üçün Gürcüstanda – FOTO

Bu gün UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində “Qarabağ” səfərdə “Samtredia” ilə qarşılaşır.

İdmanxeber.com-un məlumatına görə, Tiflisdəki “Dinamo Arena”da keçirilən qarşılaşmanı tribunadan izləyənlər arasında tanınmış simalar da var.

Oyunu izləyənlər arasında “SOCAR Petrolium Georgia” şirkətinin rəhbəri, eləcə də Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov və Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəz Qarayev də var. Onlar matça “Qarabağ” rəsmiləri ilə birgə tamaşa edirlər.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43