Ölkə futbolu

“Neftçi” afrikalı futbolçu transfer edir

“Neftçi” baxışa futbolçu dəvət edib

“Neftçi”  baxışa yeni futbolçu dəvət edib. Bu, qvineyalı Mamadu Kanedir. 21 yaşlı Kane mərkəz yarımmüdafiəçisidir. Qvineyanın “Kaloum Star” klubunun üzvü olan futbolçu bu ölkənin 20 yaşadək milli komandasının formasını geyinib və dünya çempionatında iştirak edib.

Qeyd edək ki, məşqçilər korpusu bu gündən məşqlərə qoşulan Mamadu Kane haqda müsbət qərar verərsə, onunla müqavilə bağlanacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43