Dünya futbolu

Simeon Slavçev: “Millidə əsl ailə ab-havası var”

Simeon Slavçev qarşıdakı Norveç oyunu ilə bağlı ölkə mətbuatına açıqlama verib.

“Qarabağ”ın futbolçusu və Bolqaristan millisinin üzvü Simeon Slavçev Millətlər Liqası çərçivəsində sabah keçiriləcək Norveç oyunundan öncə ölkə mətbuatına açıqlama verib. O, komandalarında əsil ailə ab-havası olduğunu bildirib:

“Zədəli olduğum üçün “Qarabağ”da davamlı oynaya bilmirdim. Kiprlə matçda 90 dəqiqə meydanda olmağım mənə çox köməklik etdi. Tədricən formaya düşdüyümü hiss edirəm. Millidə əsl ailə ab-havası var. Əvvəlki matçlarda olduğu kimi, Norveç səfərinə də qələbə üçün gedirik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43