Ölkə futbolu

“Neftçi” azarkeşlərini sevindirəcək xəbər

Paytaxtın “Neftçi” klubu hücumçu ala bilər.

İdmanxeber.com-un məlumatına görə, bu barədə komandanın baş məşqçisi Böyükağa Hacıyev deyib.

“Ağ-qaralar”ın çalışdırıcısı mətbuat konfransında “Çixura” səddini aşacaqları və Avroliqada pley-off-a qalacaqları təqdirdə bir hücumçu ilə güclənəcəklərini bildirib. 

Qeyd edək ki, Bakıda “Çixura” ilə 0:0 bərabərə qalan “Neftçi” avqustun 7-də Gürcüstanda cavab matçına çıxacaq. Həmin matçın start fiti Bakı vaxtı ilə 22:00-da veriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43