Ölkə futbolu

“Neftçi” azarkeşlərinin diqqətinə

“Neftçi” azarkeşlərinə müraciət edib.

İdmanxeber.com-un məlumatına görə, klub rəhbərliyi azarkeşləri “İnter”lə oyuna dəvət edib:

“Neftçi” PFK 19.02.2014-cü il tarixdə Topaz Premyer Liqasının XXII turu çərçivəsində “İnter” PİK-i qəbul edəcək. “Bakcell Arena”da keçiriləcək oyun bizdən asılı olmayan səbəblərə görə televiziya vasitəsilə birbaşa yayımlanmayacaq. Bu səbəbdən də komandamızın sadiq azarkeşlərini stadiona dəvət edərək, “Neftçi”ni dəstəkləməyə çağırırıq. 19.02.2014-cü il tarixdə keçiriləcək “Neftçi” PFK – “İnter” PİK matçı saat 16.00-da başlayacaq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43