Kateqoriyasız

“Neftçi” azarkeşlərinin sevimlisi A seriyasında

“Neftçi”dən ayrılan Flavinyo özünə yeni klub tapıb.

İdmanxeber.com-un məlumatına görə, 31 yaşlı futbolçu Braziliya A seriyasında mübarizə aparan “Çapekoense” klubu ilə anlaşıb. Lakin müqavilənin müddəti barədə məlumat verilməyib.

Qeyd edək ki, 2010-2015-ci illərdə “Neftçi”nin şərəfini qoruyan Flavinyo keçirdiyi 133 oyunda 31 qola imza atıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43