Kateqoriyasız

“Qarabağ” Azərbaycanı tərk etdi

Çempionlar Liqasının III təsnifat mərhələsində “Seltik”lə qarşılaşacaq “Qarabağ” Bakı-Qlazqo xüsusi reysi ilə Şotlandiyaya yola düşüb.

İdmanxeber.com-un məlumatına görə,  “Qarabağ” dünən saat 22:30-da yola düşüb. Şotlandiyanın paytaxtına uçuşun təxminən 6 saat olacağı gözlənilir.

Bu gün komanda oyunun keçiriləcəyi “Seltik Park”da  Bakı vaxtı ilə saat  23:45-də (yerli vaxtla 19:45-də) matç öncəsi sonuncu məşqinə çıxacaq. Bundan əvvəl isə komandanın baş məşqçisi Qurban Qurbanov mətbuat konfransı keçirəcək.

Qeyd edək ki, “Seltik” – “Qarabağ”  qarşılaşması iyulun 29-u saat 23:45-də keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43