Kateqoriyasız

“Seltik”in “Qarabağ” qorxusu: Məşqçilər korpusu Ağdam klubunu elə analiz edir ki….

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində “Qarabağ”ı qonaq edəcək “Seltik”in məşqçisi Con Kollinz klubun rəsmi saytına danışıb.

İdmanxeber.com-un məlumatına görə, təcrübəli mütəxəssis bunları deyib:

“Məşqçilər korpusu komandanı növbəti oyunlara hazırlamaqla yanaşı rəqibin oyununu analiz etməyə də az vaxt ayırmır. “Qarabağ”ın ötən mövsüm avrokuboklarda keçirdiyi oyunları, Avroliqanın qrup mərhələsi çərçivəsində Milan “İnter”inə, Fransa “Sent-Etyen”inə qarşı matçları izləmişik. Biz doğma meydanda keçirəcəyimiz növbəti avrokubok matçına hazır olduğumuza əmin olmalıyıq. “Qarabağ” səviyyə baxımından bizim əvvəlki rəqibimizi – İslandiya “Styarnan”ını qabaqlayır. Növbəti mərhələyə vəsiqə qazanmaq üçün daha yaxşı oynamağımız lazımdır. “Qarabağ”ın oyunu cəlbedicidir, amma uğur qazanacağımızı düşünürəm”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43