Kateqoriyasız

“Neftçi” “Bakı” önünə ikinci heyətlə çıxacaq

Premyer Liqanın 35-ci turu çərçivəsində “Neftçi” bu gün “Bakı” ilə qarşılaşacaq.

İdmanxeber.com-un məlumatına görə, paytaxt klubu “zolaqlılar”la matça ciddi itkilərlə çıxacaq. Heyətdən uzaqlaşdırılmış Rauf Əliyev, Mirhüseyn Seyidov və Elvin Yunuszadədən başqa, cəza səbəbindən Nikolas Kanales, Karlos Kardozo, zədəsi olan Flavinyo, Məqsəd İsayev və Denis Silva bugünkü matçda meydana çıxa bilməyəcəklər.

Qeyd edək ki, “Bakı” – “Neftçi” matçı saat 18:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43