Ölkə futbolu

“Neftçi” bizdən üstün oynadı” – Elşad Əhmədov

“Rəqib ardıcıl iki oyundur xal itirirdi. Buna görə aqressiv olacaqlarını bilirdik. Gözlədiyimiz oyunun şahidi olduq”.

İdmanxeber.az xəbər verir ki, bunu “Sabah” komandasının baş məşqçisi Elşad Əhmədov Azərbaycan Premyer Liqasının XIX turunda səfərdə “Neftçi”yə 0:3 hesabı ilə uduzduqları görüşdən sonra deyib. 49 yaşlı mütəxəssis komandasının çıxışından razı qalmadığını bildirib: “Flaqman bizdən üstün oynayırdı. Komandamın ilk hissədəki oyunundan razı qalmadım. “Neftçi”ni qələbə münasibəti ilə təbrik edirəm”.

Əhmədov yeni transfer Təmkin Xəlilzadəni erkən əvəzləməsinin səbəbini isə belə izah edib: “Təmkinin temperaturu var idi. Oyuna 38 dərəcə qızdırma ilə çıxmışdı. Əvəzləməyim bununla bağlı idi”.

Baş məşqçi kapitan Cavid İmamverdiyevin ehtiyatda qalmasını isə zədə problemi ilə əlaqələndirib: “Cavid zədədən əziyyət çəkirdi. Cəmi iki gündür komanda ilə birgə məşq edirdi. Ona görə bu gün risk etmək istəmədik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43