Ölkə futbolu

“Neftçi” derbi hazırlığını davam etdirir

“Neftçi” “Qarabağ”la oyunun hazırlıqlarını davam etdirir.

İdmanxeber.com-a klubun mətbuat xidmətindən verilən məlumata görə, heyətdə hər hansı bir zədəli futbolçu yoxdu.

Sadəcə cəzalı durumda olan Karlos Kardozo və Bruno Bertuççi derbidə paytaxt klubuna kömək edə bilməyəcək. 

Qeyd edək ki, “Neftçi” – “Qarabağ” matçı fevralın 28-də saat 17:00-da bşlayacaq. Oyun İdman Azərbaycan kanalı ilə canlı yayımlanacaq. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43