İdman

“Neftçi” hansı mövqelərə legioner axtarır, Nizami Hacıyevin əvəzləyicisi kim olacaq? – ÖZƏL

“Neftçi”nin qış transfer pəncərəsində hansı mövqeləri gücləndirmək istədiyi məlum olub.

İdmanxeber.com-un əldə etdiyi məlumata görə, “ağ-qaralar” daha çox müdafiə xəttində yaranan problemləri aradan qaldırmaq haqda düşünür. Əksər vaxtlar ehtiyatda qalan legioner müdafiəçilər – Pavel Dreksa və Mujek Mateo qışda göndəriləcək futbolçuların başında gəlir.

Paytaxt təmsilçisi mərkəz müdafiəçisi, hücumameyilli yarımmüdafiəçi və ön xətt mövqeyinə legioner axtarışındadı. Bundan başqa, mövsümün əksər oyunlarında meydana çıxan və baş məşqçi Tərlan Əhmədovu razı salan qapıçı Rəşad Əzizlinin yoxluğunda çərçivəni həvalə edə biləcəkləri qolkiper də gündəmdədi. Səlahət Ağayevin hələ yaxın günlərdə meydana qayıtmayacağı bildirilir. 

 “Keşlə”dən ayrılan Nizami Hacıyevlə müqavilə bağlamalı olan, lakin məlum səbəblərdən sonra oyunçunun futboldan uzaqlaşdırılmasından sonra “Neftçi”, onun da əvəzinə legioner dəvət edəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43