Kateqoriyasız

“Neftçi” – HİK matçının hakimləri açıqlandı

“Neftçi”nin Avropa Liqasının 3-cü təsnifat mərhələsində HİK-lə (Finlandiya) keçirəcəyi oyunun hakimləri müəyyənləşib.

İdmanxeber.az-ın məlumatına göə, avqustun 3-də “Bakcell Arena”da oynanılacaq görüşü şotlandiyalı referi Uilyam Kollam idarə edəcək.

Ona yan xətdə həmyerliləri  Devid Makgiçi və Şon Karr köməklik göstərəcək. Dördüncü hakim funksiyasını isə Yuan Anderson yerinə yetirəcək.

Qeyd edək ki, görüş saat 21:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43