Kateqoriyasız

“Neftçi” ilə oyundan öncə “Rapid”i məyus etdilər

Avstriya Bundesliqasında 3-cü turun oyunları keçirilir.

İdmanxeber.az-ın məlumatına görə, “Neftçi”nin Konfrans Liqasının 3-cü təsnifat mərhələsindəki rəqibi “Rapid” də növbəti oyununa çıxıb. Vyana klubu 3-cü turda “Lustenau” ilə qarşılaşıb. “Rapid”in baş məşqçisi Ferdinand Feldhofer bu matçda əsas heyət üzvlərinə istirahət verməyərək onların əksəriyyətini meydana buraxıb.

İki qolun qeydə alındığı matçda isə qalib müəyyənləşməyib – 1:1.

Bu nəticədən sonra “Rapid”in 3 oyundan sonra aktivində 7 xal var.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43