Kateqoriyasız

“Neftçi” – “Kəpəz” matçının biletləri satışda

Azərbaycan Premyer Liqasının I turunda keçiriləcək “Neftçi” – “Kəpəz” matçının biletləri bu gün satışa çıxarılıb.

İdmanxeber.com-un “Neftçi”nin rəsmi saytına istinadən verdiyi məlumata görə, biletləri matçın keçiriləcəyi 8-ci km qəsəbə stadionunun kassalarından əldə etmək mümkündür.

VİP yerlər üçün biletlərin qiyməti 10 manat, digər sektorlar üçün 1 manatdır.

Xatırladaq ki, avqustun 9-da keçiriləcək “Neftçi” – “Kəpəz” oyunu saat 21:00-da başlanacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43