Ölkə futbolu

“Neftçi” legioneri ilə yolları ayırdı

“Neftçi” müdafiəçi Mamadu Mbodjla müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verib.

İdmanxeber.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

“Neftçi” 29 yaşlı seneqallı futbolçuya təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Qeyd edək ki, 2018-ci ilin dekabrında “Neftçi”yə transfer olunan Mbodj 5 mövsüm ərzində 94 rəsmi oyunda meydana çıxıb, 9 qola imza atıb, 2021-ci ildə Azərbaycan çempionu olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43