Kateqoriyasız

“Neftçi” paytaxt klubuna “yox” dedi

“Səbail” klubu transfer çalışmalarını davam etdirir.

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, paytaxt klubu “Neftçi”nin futbolçusu Mert Çeliki heyətinə qatmaq istəsə də, “ağ-qaralar” buna izn verməyib.

“Dənizçilər”in 22 yaşlı futbolçunu icarə əsasında transfer etmək istəyi də “Neftçi” rəhbərliyi tərəfindən geri çevirilib.

Qeyd edək ki, Mert Çelik müqavilə ilə “Başakşəhər” klubuna məxsusdur. O, icarə əsasında “Neftçi”də çıxış edir.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43