Kateqoriyasız

“Neftçi” “Qarabağ”ı, “Bakı” “Araz Naxçıvan”ı məğlub etdi

Azərbaycan Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətləri arasında keçirilən çempionatda VII turun oyunlarına start verilib.

İdmanxeber.com-un PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə,keçirilən 3 oyunda qapılara ümumilikdə 9 qol vurulub.

26 sentyabr

AZAL – “İnter” – 2:2

Qollar: İlkin Sadıqov, 11 (0:1), Orxan Səfiyaroğlu, 47 (1:1), Mansur Nəhavəndi, 49 (1:2), Aydın Qasımov, 58 (2:2)

“Bakı” – “Araz Naxçıvan” – 2:1

Qollar: Elnur Abdulov, 3 (0:1), Rövşən Əmiraslanov, 22 (1:1), Ülvi Quliyev, 81 (2:1)

“Neftçi” – “Qarabağ” – 2:0

Qollar: Cavid Muxtarzadə, 16 (1:0), Fəhmin Muradbəyli, 90+3 (2:0)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43