Kateqoriyasız

“Neftçi” rəhbərliyi, azarkeşlərinə sahib çıx! – VİDEO

Avroliqanın pley-off mərhələsinin "Neftçi" – "Partizan" matçında polislərin paytaxt klubunun azarkeşlərinə qarşı kobud davranması diqqətdən yayınmayıb.

İdmanxeber.com-un məlumatına görə, bundan əlavə "Partizan" komandasının Bakıdakı məşqindən sonra otelə qayıdarkən azarkeşkərin avtobusun şüşələri sındırması səbəbindən dünəndən fanatların həbsinə başlanılıb. 

Ümumilikdə isə paytaxt klubunun rəhbərliyi öz azarkeşlərinə qarşı biganə münasibətdədi. Buna misal olaraq son "Böyük oyun"u göstərmək olar ki, həmin matçın ilk yarısından sonra xeyli sayda azarkeş polisin onların komandalarına dəstək olmasına mane olması və klub rəbərliyinin heç nə olmamış kimi davranmasının nəticəsi olaraq fanatlar ilk 45 dəqiqədən sonra stadionu tərk etmişdilər.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43