Kateqoriyasız

“Neftçi” “Səbail”ə qalib gəldi, Sumqayıtda heç-heçə 

Bu gün Azərbaycan Premyer Liqasında 7-ci tura start verilib.

İdmanxeber.az-ın məlumatına görə, ilk oyun gününə 2 matç keçirilib. “Sumqayıt” doğma meydanda “Keşlə”ni qəbul edib. Oyunda qol vurulmayıb. “Səbail” isə “Neftçi”nin qonağı olub. Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, 7-ci tura sabah oynanılacaq 2 qarşılaşma ilə yekun vurulacaq.

5 oktyabr (şənbə)

19:15. “Neftçi” – “Səbail” – 2:1
Qol:
 Stiven Monroz, 41 (1:0), Anton Krivotsyuk, 43 (2:0), Ağabala Ramazanov, 81 (2:1)
Hakimlər: Rauf Cabarov, Nahid Əliyev, Cavanşir Yusifov, Namiq Bəkirov
“Bakcell Arena”

17:00. “Sumqayıt” – “Keşlə” – 0:0
Hakimlər
: Səbuhi Bayramov, Müslüm Əliyev, Eyyub İbrahimov, Rövşən Rəcəbov
“Kapital Bank Arena”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43