İdman

“Neftçi” son tur rəqibini başqa stadionda qəbul edə bilər

“Neftçi” klubu Azərbaycan Premyer Liqasının XXVII turunda “Səbail”i “Bayıl Arena”da qəbul edə bilər.

İdmanxeber.com-un məlumatına görə, səbəb komandanın ev oyunlarını keçirdiyi “Bakcell Arena”nın bu gündən ot örtüyünün dəyişdirilməsi məqsədilə təmirə bağlanmasıdır.

Qeyd edək ki, təqvimə əsasən bu qarşılaşma mayın 12-də keçiriləcək. Hazırda “Bayıl Arena”da “Səbail” ev oyunlarını keçirir.  


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43