Ölkə futbolu

“Neftçi” “Sumqayıt”la oyuna hazırlaşır

“Neftçi” Azərbaycan Premyer Liqasının XXVI turunda qarşılaşacağı “Sumqayıt”la oyunun hazırlığını davam etdirir.

Komanda bu gün doğma bazasında növbəti məşqə çıxıb. Hazırlıq prosesində toplu çalışmalar və müxtəlif təmrinlər yerinə yetirilib. Məşqə ikitərəfli oyunla yekun vurulub. Hazırlığın sabah da bir məşqlə davam etməsi nəzərdə tutulub.

Aprelin 27-də 8-ci km stadionunda keçiriləcək “Neftçi” – “Sumqayıt” oyunu saat 19:00-da başlanacaq


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43