Kateqoriyasız

Püşk “Neftçi”ni Moldova, “Səbail”i isə Rumıniya klubuna rəqib etdi

Bu gün UEFA Avropa Liqasının 1-ci  təsnifat mərhələsinin püşkü atılıb.

İdmanxeber.az-ın məlumatına görə, ölkəmizi bu mərhələdə təmsil edəcək “Neftçi” və “Səbail” də rəqibləri bilinib.

Beləliklə, gümüş medalçı “Neftçi” Moldovanın “Speranta”, “Səbail” isə Rumıniyanın “Universitatya Krayova” klubu ilə qarşılaşacaq.

Avropa Liqası

I təsnifat mərhələsi

“Neftçi” (Azərbaycan) – “Speranta” (Moldova)

“Səbail” (Azərbaycan) – “Universitatya Krayova” (Rumıniya)

Qeyd edək ki, Avropa Liqasında 1-ci təsnifat mərhələsinin oyunları iyulun 11-də və 18-də keçiriləcək.

Əlavə edək ki, Azərbaycan kubokunun qalibi “Qəbələ” mübarizəyə 2-ci təsnifat mərhələsindən başlayacaq. Əyalət təmsilçisinin rəqibi iyunun 19-da müəyyənləşəcək. Bu mərhələnin oyunları iyulun 25-də və avqustun 1-də olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43