Kateqoriyasız

“Neftçi” qələbəni unutdu – Yenilənib

Bu gün Azərbaycan Premyer Liqasında 2-ci tura yekun vurulub.

İdmanxeber.az-ın məlumatına görə, son oyun günündə bir görüş keçirilib. “Zirə” öz meydanında “Neftçi”ni qəbul edib.
Bir müddətdir ki, qələbə üzünə həsrət qalan “Neftçi” bu dəfə də bu “ənənəsini” pozmayıb. Meydan sahibləri Cavid Hüseynovun qolu ilə 3 xalı aktivinə yazdırıb.

Qeyd edək ki, “Neftçi” yeni mövsümə heç-heçə, “Zirə” isə məğlubiyyətlə başlayıb.

26 avqust (bazar ertəsi)

19:00. “Zirə” – “Neftçi” – 1:0
Qol: 
Cavid Hüseynov, 27
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Eyyub İbrahimov, Rauf Cabarov
Zirə İdman Kompleksinin stadionu


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43