Ölkə futbolu

“Neftçi”də 3 zədəli

“Neftçi” Topaz Premyer Liqanın 10-cu turunda qarşılaşacağı “Keşlə” ilə oyunun hazırlığına start verib.

İdmanxeber.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, “Qarabağ” ilə qarşılaşmadan (3:1) sonra birgünlük fasiləyə buraxılan komanda bu gün öz bazasında məşqə çıxıb. Məşqdə zədəlilər – Ruslan Abışov, Məhəmməd Mirzəbəyov və Qoran Paratskidən başqa, bütün futbolçular iştirak edib. Hazırlıq sabah bir məşqlə davam edəcək.

Xatırladaq ki, “ASK Arena”da keçiriləcək “Keşlə” – “Neftçi” oyunu noyabrın 3-ü saat 17:00-da başlanacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43