Kateqoriyasız

“Neftçi”də vacib itki – iki ay olmayacaq

UEFA Konfrans Liqasının III təsnifat mərhələsində səfərdə “Rapid”lə görüşdə zədələnib məcburi əvəzlənən Azər Salahlının durumu bəlli olub.

İdmanxeber.az-ın məlumatına görə, futbolçunun ayağında sınıq aşkarlanıb. Onun təxminən iki ay yaşıl meyanlardan uzaq qalacağı bildirilir.

Qeyd edək ki, Azərin əvəzinə oyuna Mert Çelik daxil olmuşdu. “Ağ-qaralar” evdə 2:1 qalib gəlsələr də, səfərdə Vyana təmsilçisinə 0:2 hesabı ilə məğlub olaraq turnirlə vidalaşıb.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43