Dünya futbolu

“Neftçi”dən ayrılıb, Yunanıstan klubuna keçdi

“Neftçi”dən ayrılan Slavko Braliçin yeni klubu müəyyənləşib.

27 yaşlı müdafiəçi Yunanıstan təmsilçisi AEL-ə keçib. Superliqa klubunun rəsmi saytı xorvatiyalı futbolçu ilə 2,5 illik müqavilə imzalandığını açıqlayıb.

Qeyd edək ki, ötən ilin yayından “Neftçi”də çıxış edən Braliç yanvarın 30-da paytaxt klubundan ayrılıb.

İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43