Premyer Liqa

“Neftçi”də iki ciddi itki

Premyer Liqanın VII turu çərçivəsində səfərdə "Sumqayıt"la qarşılaşacaq "Neftçi" bu oyunda iki aparıcı üzvünün xidmətindən məhrum olacaq.

Belə ki, "ağ-qaralar"ın səfər matçında Bruno Bertuççi və Erik Ramos kart cəzalısı olduğundan meydana çıxa bilməyəcəklər.
"İnter"lə son oyunda qırmızı kart alan Bertuççidən fərqli, Ramos sarı kart limitini doldurduğuna görə səfərdə paytaxt klubuna kömək edə bilməyəcəklər.

Əvəzində hər iki oyunçu 8-ci turda "Qarabağ"la vacib oyunda "Neftçi"yə kömək edə biləcəklər.

Qeyd edək ki, “Sumqayıt” – “Neftçi” matçı sentyabrın 22-də, saat 16:00-da başlayacaq.
 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43