Ölkə futbolu

“Neftçi”də kapitana “get” dedilər: Rəşad Sadiqovun gizli danışıqlar apardığı klub məlum oldu – ÖZƏL

“Neftçi”nin kapitanı Rəşad Sadıqov müəmması pik həddə çatıb.

İdmanxeber.com-un etibarlı mənbədən əldə etdiyi məlumata görə, Sadiqov son oyunlardakı zəif çıxışı və intizamsızlığına görə cəzalanaraq, əvəzedici heyətə göndərilsə də, futbolçu bu göstərişə əməl etməyib. 

Klubla il yarımlıq müqaviləsi olan yarımmüdafiəçinin komandadan göndərilmə ehtimalı çoxalıb. Maraqlısıd budur ki, Sadiqov artıq gizli danışıqlara da başlayıb. 30 yaşlı futbolçu “Qəbələ” klubu ilə danışıqlar aparır. Əgər Sadiqovun komandadan göndəriləcəyi halda onun “Qəbələ”yə keçəcəyi dəqiqdir. 

Sabah məsələyə son nöqtəni klub prezidenti Sadıq Sadıqov qoyacaq. Futbolçunun komandada qalması da ehtimal olunur. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43