Kateqoriyasız

“Neftçi”ni pis durumda qoyan futbolçudan paylaşım – FOTO

Bildiyiniz kimi, “Neftçi”nin müdafiəçisi Mert Çelik ötən gün “Olimpiakos”la qarşılaşmanın 63-cü dəqiqəsində Oleq Ryabçuka qarşı etdiyi kobud hərəkətə görə meydandan qovuldu.

İdmanxeber.az-ın məlumatına görə, müdafiəçi görüşdən sonra məyus olduğunu bildirib.

Çelik, şəxsi instaqram hesabında bunları yazıb: “Cavab qarşılaşmasında komandamı tək buraxdığıma görə çox üzgünəm. Ümidvaram ki, Bakıda daha yaxşı nəticə alarıq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43